Həmin qəzada ölən sürücü qazi imiş - FOTOLAR - VİDEO

Ötən gün Ağcabədidə baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, qəzada həlak olan qəsəbə sakini 1987-ci il təvəllüdlü Ələsgərov Şaiq Tofiq oğlu qazi olub.
Qeyd edək ki, onun idarə etdiyi “Mercedes” markalı avtomobil ilə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun sürdüyü “Hyundai” markalı nəqliyyat vasitəsi toqquşub.
Hadisə nəticəsində “Mercedes”in sürücüsü, qazi Ələsgərov Şaiq Tofiq oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər sürücü B.İsmayılov isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hazırda onun müalicəsi Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.


Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












