Heydər Əliyev prospektində polis qəza törədib – VİDEO

Bakıda polis əməkdaşı xidməti avtomobillə qəza törədib. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, hadisə Heydər Əliyev prospektində baş verib.
Prospektin Nərimanov rayonu ərazisinə düşən hissəsində Rəvayət Muxtarov idarə etdiyi xidməti “Reanault” markalı avtomobillə yüksək sürətlə bordürün üzərindən əks yola çıxıb.
O, bu zaman öz yolu ilə hərəkət edən Rəfael Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə çırpılıb. Daha sonra “Renault” digər beton yol ayrıcına çırpılıb. Hadisə nəticəsində Rəvayət Muxtarov bədən xəsarətləri alıb.
Baş vermiş qəza ilə əlaqədar hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü R.Muxtarova ilkin tibbi yardım göstərildikdən sonra sərxoşluq vəziyyətinin yoxlanılması üçün müvafiq məntəqəyə aparılıb.
Qeyd edək ki, R.Muxtarov Bakı Şəhər Baş Polis İdarəsinin Kriminalistik Tədqiqatlar şöbəsinin əməkdaşıdır. Qəza zamanı o xidmətdə olub.
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO












