Hövsanda avtobusla toqquşan avtomobil AŞDI - VİDEO - YENİLƏNİB

Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan bir nəfərə yerində təcili tibbi yardım göstərilib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Mayın 19-u Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 23 yaşlı (kişi cinsli) şəxsə yerində tibbi xidmət göstərilib və hospitalizasiyadan imtinası qeydə alınıb", - məlumatda qeyd olunub.
***
Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsinin baş vermə səbəbi açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.
O bildirib ki, hadisənin baş verməsinə səbəb avtobusun qarşısına qəfil minik avtomobilinin çıxması olub:
"Mayın 19-u saat 6:40-da "BakuBus" MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 99-JO-206 dövlət nömrə nişanlı avtobusda Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Avtobusun sürücüsü Kamal Kərimovun verdiyi ilkin məlumata əsasən, hadisə zamanı baş yol ilə hərəkətdə olarkən qarşısına qəfil minik avtomobili çıxıb və nəticədə toqquşma baş verib. Qəza baş verdiyi zaman avtobusda sərnişin olmayıb.
Hadisədə iştirak edən digər nəqliyyat vasitəsi 77-CM-508 dövlət nömrə nişanlı minik avtomobilində sərnişin olub, lakin xəsarət alan qeydə alınmayıb.
Avtobusun sürücüsü qol nahiyəsindən yüngül bədən xəsarəti alıb.
Baş verən hadisə barəsində aidiyyəti dövlət qurumlarına dərhal məlumat verilib.
Hazırda faktla bağlı araşdırma aparılır".
***09:53
Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az baku.ws-ə istinadla xəbər verir ki, "BakuBus"a məxsus sərnişin avtobusu ilə "Toyota" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində "Toyota" markalı avtomobil aşıb. Qəza zamanı avtobusa da ziyan dəyib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli oxu.az-a açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Hadisənin görüntülərini təqdim edirik:
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO












