İçərisində 22 ton maye qaz olan avtosistern aşıb - Bakıda

Bakı şəhərinin Nizami rayonu ərazisində İran İslam Respublikasına məxsus, içərisində 22 ton maye qaz olan "Mercedes" markalı avtosistern aşıb.
FHN-dən Avtosfer.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən aidiyyəti dövlət qurumları məlumatlandırılıb, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) müvafiq qüvvələri, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin və Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssisləri hadisə yerinə cəlb olunub.
DYMX-nin xilasetmə qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Sistern SOCAR-ın qaldırıcı kranı vasitəsilə götürülərək xüsusi təxliyə avtomobildə, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin müşayiəti ilə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun ərazisinə daşınıb.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












