İmişlidə AĞIR QƏZA: Ölən və yaralanan var

İmişli rayonunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Xubyarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Tural Xəlilovun idarə etdiyi "VAZ" markalı avtomobil digər avtomobillə toqquşub, daha sonra isə yoldan çıxıb.
Qəza nəticəsində "VAZ"ın sürücüsü xəsarət alıb, avtomobildə olan sərnişin isə ölüb.
İmişli Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 kişi avqustun 14-də saat 17:20 radələrində Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qapalı kəllə-beyin travması, sol gözün hematoması, bədənin müxtəlif nahiyələrinin əzilmiş, cızılmış yaraları, qarının küt travması diaqnozları təyin olunub.
Vəziyyəti orta ağır qiymətləndirilən 1984-cü il təvəllüdlü pasiyentə ilkin tibbi yardım göstərildikdən sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Vəziyyəti ağır qiymətləndirilən 1951-ci il təvəllüdlü pasiyent aparılan reanimasya tədbirlərinə cavab verməyib və avqustun 15-də saat 00:50 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












