İmişlidə iki yol qəzası: yaralananlar var - FOTO

İmişli rayonunda iki yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisələrdən biri İmişli-Mirili avtomobil yolunun Bəcirəvan kəndindən keçən hissəsində baş verib. Qəza zamanı "VAZ 2107" markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə İmişli rayonu, Qulubəyli kənd sakini 1975-ci il təvəllüdlü sürücü Qasımov Elxan Məhərrəm oğlu müxtəlif bədən xəsarətləri alıb.
Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilkin tibbi yardım göstərilib. Amma vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Digər qəza isə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Məhəmmədli kəndindən keçən hissəsində baş verib. Hadisə zamanı "VAZ 2106" markalı avtomobil idarə etməni itirərək yoldan çıxıb. Nəticədə İmişli rayon sakini 1958-ci il təvəllüdlü sürücü Cəbiyev Əlisafa Cəbi oğlu xəsarət alıb.
Yaralı İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR













