İmişlidə qarşısına it çıxan maşın aşıb

Qəzalar 27 Aprel 2019 19:02
İmişlidə qarşısına it çıxan maşın aşıb
WhatsApp kanalımıza abunə olun
Faktla bağlı araşdırma aparılır

İmişlidə baş verən qəzada 2 nəfər xəsarət alıb. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, hadisə İmişli-Kürdəmir yolunda qeydə alınıb. İmişli rayonunun Yalavaclı kənd sakini, 1989-cu il təvəllüdlü Rəfiyev Adil İzvan oğlunun idarə etdiyi “NİVA” markalı avtomobilin qarşısına it çıxıb və o, idarəetməni itirərk avtomobili aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, Yalavaclı kənd sakini, 1986-cı il təvəllüdlü Mürsəlov Eynulla İkram oğlu baş nahiyələrindən xəsarət alaraq İmişli Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1133
ŞƏRH YAZ
Ad

E-mail

Şərh