İran vətəndaşı Bakı-Quba yolunda qəzaya səbəb oldu: YARALI VAR - YENİLƏNİB

Bakı-Quba yolunda iki yük avtomobilinin toqquşması nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, martın 4-də saat 12:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhərinin çıxışında - Bakı-Quba yolunda baş verən qəza ilə bağlı çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. İki nəfər (kişi) müştərək travma diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunublar.
Ağır vəziyyətdə hospitalizasiya olunan 1977-ci il təvəllüdlü şəxsin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, bioloji ölüm faktı qeydə alınıb.
Hazırda 1991-ci il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda qeyd olunur.
***
Bakı-Quba yolunda iki yük avtomobilinin toqquşması nəticəsində xəsarət alan şəxs həyatını itirib.
HOWO markalı yük avtomobilinə çırpılan MAN markalı yük avtomobilinin sürücüsü Babək Abbasov xəstəxanada həyatını itirib.
***
Bakı-Quba yolunda iki yük avtomobilinin toqquşması ilə nəticələnən qəza baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, hadisə bu gün saat 12:10-da Bakı-Quba yolunun 43.5-ci kilometrliyində qeydə alınıb.
"Yolun kənarında dayanmış İran vətəndaşı Miray Mənsur oğlu Muxtarizərəyə məxsus HOWO markalı, 90-AG-211 dövlət nömrə nişanlı yük avtomobilinə arxadan gələn Babək Şükür oğlu Abbasovun idarə etdiyi 07-SK-687 dövlət nömrə nişanlı MAN markalı yük avtomobili çırpılıb. Hadisə nəticəsində Babək Abbasov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir./oxu.az
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












