İstirahətdən qayıdan uşaq bağçasının işçiləri qəzaya düşdülər - YENİLƏNİB

Qaxda baş verən qəza zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Avqustun 6-sı saat 22:20-də Qax rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (hamısı qadın) Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd olunub.
***10:23
Qaxda istirahətdən qayıdan uşaq bağçasının işçiləri qəzaya düşüblər.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Qax-İlisu avtomobil yolunun Qaxbaş kəndi ərazisindən keçən hissəsində baş verib.
Rayonun İlisu kəndindən Qax şəhəri istiqamətində hərəkətdə olan sərnişin mikroavtobusu idarəetmədən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza zamanı mikroavtobusda olan rayonun Qum kənd sakinləri - 65 yaşlı Xanpəri Osman qızı Nurməmmədova, 64 yaşlı Məryət Omar qızı İsaqova, 64 yaşlı Qalya Şakir qızı Sultanova və şəxsiyyətləri hələ ki məlum olmayan daha üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.
Qəzada xəsarət alan şəxslərin hamısı Qax rayonu Qum kənd körpələr evi və uşaq bağçasının işçiləridir.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Sabirabadda AĞIR QƏZA: ÖLƏN var - FOTO - YENİLƏNİB
“Nohur Göl”ün qarşısında qəza: “Ford” və “Mercedes” toqquşdu - VİDEO
Binədə qəza: İki “Toyota” toqquşdu - VİDEO
Bərdədə qəza: Ölən var
Naxçıvanda AĞIR QƏZA: Xəsarət alanlar var - FOTO
Goranboydakı qəzada həlak olan iki nəfərin kimliyi bilindi - FOTO
Goranboyda ağır qəza - Ölənlər var
68 yaşlı motosiklet sürücüsü qəzada ÖLDÜ
Türkiyədə ağır yol qəzası - Ölənlər var
Xalq artisti yol qəzası keçirib, vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB
Ağ Şəhərdə bahalı avtomobillər toqquşdu - 7 maşına zərər dəydi - VİDEO










