Keşlədə avtomobil qatarla toqquşub - FOTO

Dəmir yolunun Keşlə qəsəbəsindən keçən hissəsində qəza baş verib. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, Türkiyə vətəndaşı Mustafa Akın idarə etdiyi “Mitsubişi” markalı avtomobil yüksək sürətlə dəmir yolu keçid məntəqəsinə yaxınlaşıb.
Dəmir yolu keçid məntəqəsində şlaqbaum bağlı olub. Lakin buna baxmayaraq avtomobil sürücüsü şlaqbaumun sağ tərəfində olan boşluqdan istifadə edib nəqliyyat vasitəsini dəmir yoluna yönəldib.
Bu zaman dəmir yolu ilə hərəkət edən yük qatarı avtomobil ilə toqquşub. Nəticədə sərnişin yerində əyləşən qadın ciddi xəsarət alıb və dərhal xəstəxanaya aparılıb.
Hadisə yerinə Dəmir yolu nəqliyyatında polis idarəsinin əməkdaşları cəlb olunub. Maşinist, mühəndis və avtomobil sürücüsü izahat vermək üçün polis bölməsinə aparılıblar.



Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












