"Kişini sudurqa tutub, ayağı qazda qalıb" - Qəza törədən sürücünün qohumundan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. "Bolt" şirkətinin taksisi kənar yoldakı beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəzadan sonra sosial şəbəkələrdə sürücü, 1974-cü il təvəllüdlü Anar Nəcəfovun ilə bağlı bəzi iddialar irəli sürülüb.
Məsələ ilə bağlı açıqlama verən sürücünün qohumu Allahverdi Xanəliyev hadisənin baş vermə səbəbini açıqlayıb:
"Anar Nəcəfov yaşlı və xəstə adamdır, imkansızlıqdan taksi sürməyə başlamışdı. Cəmi 1-2 gün idi ki, taksidə fəaliyyətə başlamışdı. Maşın şirkətə məxsus olub.
Adam avtomobili idarə edən zaman qıcolma (sudurqa) tutub, ayağı qazda qalıb. Bu səbəbdən də qəza törədib. Onu da qeyd edim ki, onun hər iki ayağı sınıb.
Borclarını qaytara bilmədiyinə görə məhkəmənin qərarı ilə Anar Nəcəfovun ayağına Bakı şəhərini tərk etməməsinə görə elektron qolbaq taxılmışdı", - deyə o qeyd edib.
Xatırladaq ki, qəzada xəsarət alan sürücü Anar Nəcəfov və sərnişin Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.(unikal)
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO












