Kolumbiyada təyyarə qəzası zamanı ÖLƏNLƏRİN SAYI 66-YA ÇATDI - VİDEO - YENİLƏNİB

Kolumbiya Aerokosmik Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsinin Puerto Lequizamo Hava Limanı yaxınlığında qəzaya uğraması nəticəsində ölənlərin sayı 66-ya çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə LAFM Kolumbiya Silahlı Qüvvələrinin komandanı general Huqo Alexandro Lopez Barretonun sözlərinə istinadən məlumat yayıb. Bildirilib ki, təyyarədə olan 128 nəfərdən 58-i sağ qalıb, 66 nəfər ölüb. Yaralananların 57-si xəstəxanaya çatdırılıb, bir nəfər isə heç bir xəsarət almayıb.
Məlumata görə təyyarədə 11 heyət üzvü, 115 Milli Ordu və iki Milli Polis üzvü olmaqla 128 nəfər olub. Ölənlər arasında 58 Ordu, altı Hərbi Hava Qüvvələri və iki Milli Polis üzvü var. Dörd nəfər itkin düşüb.
***
Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-130" təyyarəsinin qəzaya uğraması nəticəsində azı səkkiz nəfər həlak olub.
Avtosfer.az "El Tiempo" nəşrinə istinadən xəbər verir ki, bu barədə Putumayo əyalətinin rəhbəri Con Molina bildirib.
Onun sözlərinə görə, daha 15 nəfərin vəziyyəti isə kritikdir. Ümumilikdə qəza nəticəsində 73 nəfər xəsarət alıb.
***21:36, 23 mart
Kolumbiyada 100-dən çox əsgəri daşıyan hərbi təyyarə qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus "Hercules C-1302 təyyarəsi Puerto Leguizamo şəhərindən qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. Qəzanı müdafiə naziri Pedro Sançes təsdiqləyib.
Ölən və yaralananların sayı hazırda məlum deyil.
***
Kolumbiyanın xilasetmə qurumlarının verdiyi məlumata görə, təyyarədəki şəxslərdən 57-si xilas edilib.
Axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO












