Kürdəmirdə "KamAZ" aşıb, sürücüsü xəsarət alıb
Qəzalar
6 Fevral 2019 19:21
Oxunub 1012

Faktla bağlı araşdırma aparılır
Kürdəmir rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İmişli rayon sakini, 1960-cı il təvəllüdlü Tahir Şiralı oğlu Cavadovun idarə etdiyi "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə T.Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













