Kürdəmirdə yol qəzası: 1 yaralı

Qəzalar 3 Fevral 2019 19:00
Kürdəmirdə yol qəzası: 1 yaralı
WhatsApp kanalımıza abunə olun
Faktla bağlı araşdırma aparılır

Kürdəmir rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Mingəçevir şəhər sakini, 1941-ci il təvəllüdlü Yaşar Nəsib oğlu Mütəllimovun idarə etdiyi "99-FX-275" dövlət qeydiyyat nişanlı "VAZ-21015" markalı minik avtomobili idarəetmədən çıxaraq beton maneələrə çırpılıb. Nəticədə Mingəçevir şəhər sakini, 1954-cü il təvəllüdlü Solmaz Nurəddin qızı Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1295
ŞƏRH YAZ
Ad

E-mail

Şərh