Marşrutdan düşən qadını digər sərnişin avtobusu vurub - FOTO

Masallı rayonunun Şərəfə kənd sakinini yolu keçərkən avtobus vurub. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 21 nömrəli marşrut xətti ilə hərəkət edən sərnişin avtobusundan düşərək yolu keçmək istəyən kənd sakini, 1979-cu il təvəllüdlü Nuriyyə Abdulla qızı Cəfərovanı eyni marşrut xəttinin qarşıdan gələn digər avtobusu vurub. Yaralanan piyada “113 xidməti”nin maşını ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyəti orta-ağır qiymətləndirilir. N.Cəfərovanın sözlərinə görə, Fərman adlı avtobus sürücüsü nəqliyyat vasitəsini sürətlə idarə etdiyindən o, qəzadan yayına bilməyib. Zərərçəkmiş iddia edir ki, sürücü həmişəki kimi sükan arxasında telefondan istifadə etdiyi üçün diqqəti yayınıb, çünki əvvəllər də sərnişinlər bu barədə sürücüyə öz narazılıqlarını bildiriblər.
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO













