Masallıda maşın yoldan çıxaraq aşdı: 4 yaralı - FOTO

Axşam saatlarında Masallı-Yardımlı yolunun Masallı rayonunun Ərkivan qəsəbəsindən keçən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 1981-ci il təvəllüdlü Masallı rayonu Dadoba kənd sakini Sadıqov Bəhruz Nadir oğlu idarə etdiyi "Mercedes" markalı, "10-MT-517" dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Dadoba kənd sakinləri - 1983-cü il təvəllüdlü Pərviz Cavanşir oğlu Qurbanov, 1983-cü il təvəllüdlü Ramal Xeyrulla oğlu Həsənov və 1981-ci il təvəllüdlü Elxan Cavad oğlu Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sərnişinlərdən daha ağır yaralanan R.Həsənov hazırda Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır. Baş verən qəzadan sonra Ərkivan qəsəbəsi və ətraf kəndlərə elektrik enerjisi verilişində fasilə yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO













