Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
Qəzalar
12 Oktyabr 2026 10:00

Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib.
Saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi “Kia Rio” markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdlü Məlikov Allahverən Rasim oğlu və 2007-ci il təvəllüdlü Yusifzadə Fərid Zamin oğlu olması məlum olub.
O da bəlli olub ki, motosikleti idarə edən A.Məlikovun sürücülük hüququ olmayıb.
Qeyd edək ki, dəhşətli qəza Abşeron rayonu, Duz gölü kənarında Masazır kəndindən Novxanı istiqamətində gedən yolda baş verib. Hər iki gənc hadisə yerində ölüb.
Faktla bağlı Abşeron RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 263.3-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır./Qafqazinfo/


Oxunub : 664
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 17:30
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
12 Noyabr 2026 16:00
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
12 Noyabr 2026 15:18
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
12 Noyabr 2026 12:36
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
12 Noyabr 2026 12:11
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
12 Noyabr 2026 11:33
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
12 Noyabr 2026 11:11
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
12 Noyabr 2026 09:48
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
11 Noyabr 2026 22:33
Gəncədə avtobus qəzaya düşdü
11 Noyabr 2026 17:30
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
11 Noyabr 2026 15:30
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
11 Noyabr 2026 14:18
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
ŞƏRH YAZ












