Maşınla vurulub öldürülən piyadanın yaxınları axtarılır - FOTO

Goranboy rayonunda avtomobilin vuraraq öldürdüyü piyadanın yaxınları axtarılır. Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a məlumat verilib. Belə ki, martın 5-də gecə saatlarında Goranboy rayonunun Borsunlu kənd ərazisində “Volvo” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində ölüb. Piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb. Həmin kişinin əlamətləri belədir: yaşı 50-55 arası, boyu 160-170 sm, orta bədən quruluşlu, saçları ağ, gözlərinin rəngi şabalıdıdır. Əynində qara gödəkcə, tünd boz köynək və qara şalvar olub.
Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Goranboy rayon Polis şöbəsinə və (022) 245-30-72; (055) 535-30-72 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Emin
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ














