Maştağada əks yola çıxan “Jeep” və yük maşını toqquşdu - ANBAAN VİDEO

Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi təhlükəsizlik kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 10-da səhər saatlarında Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. Belə ki, 99-NQ-935 dövlət qeydiyyat nişanlı “Ford” markalı yük avtomobili ilə 77-TQ-037 dövlət qeydiyyat nişanlı “Jeep” markalı minik avtomobili toqquşub.
Görüntülərdən məlum olur ki, ara küçədən əsas yola çıxan “Jeep”in sürücüsü yol vəziyyətini tam qiymətləndirmədən birbaşa əks istiqamətli hərəkət zolağına daxil olur. Bu zaman yaxınlaşmaqda olan “Ford”un sürücüsü qəzadan yayınmaq üçün yanlış manevr edir. Belə ki, o, sağa manevr etmək əvəzinə avtomobilin getdiyi istiqamətdə hərəkət edərək əks yola çıxıb. Nəticədə hər iki nəqliyyat vasitəsi toqquşaraq yolun kənarına düşüb.
Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi maddi ziyan dəyib.
Nərmin
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO












