“Mercedes” digər avtomobillə toqquşaraq aşdı - Bir ailənin 4 üzvü yaralandı

Mingəçevir - Xaldan avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin aşması nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb. Avtosfer.az ”Report”a istinadən xəbər verir ki, hadisə rayonun Havarlı və Hacıselli kəndləri arasında baş verib. “Mercedes” hərəkətdə olan zaman digər avtomobillə toqquşaraq aşıb. Nəticədə maşında olan bir ailənin dörd üzvü – sürücü, onun anası, həyat yoldaşı və azyaşlı övladı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarəti ciddi olan 1975-ci il təvəllüdlü sürücü Şahməmmədov Eldəniz Şahməmməd oğlu və 1954-cü il təvəllüdlü anası Şahməmmədova Şahbəyim İsa qızı Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib. Qəzadan yüngül xəsarətlə xilas olan azyaşlı uşaq və anası isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












