Məşhur partiya sədri lüks avtomobili ilə qəzaya düşdü

Rusiyanın paytaxtı Moskvanın mərkəzində LDPR(Rusiya Liberal Demokrat Partiyası) lideri Leonid Slutskinin lüks “Aurus” avtomobili motosikletlə toqquşub.
Avtosfer.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə Novıy Arbatla Novinski bulvarının kəsişməsində baş verib.
Qəza ilə bağlı ilkin məlumatlar sonradan yenilənib.
İlk xəbərlərdə motosikleti qadının idarə etdiyi və onun qəza nəticəsində öldüyü bildirilirdi. Lakin daha sonra ölüm xəbəri təkzib olunub.
Slutskinin açıqlamasına görə, motosikleti gənc oğlan idarə edib və o, yüksək sürətlə “Aurus”a çırpılıb. Motosikletçi nəqliyyat vasitəsində tək olub.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları gəlib. Motosikletçiyə tibbi yardım göstərilib, lakin o, xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Slutskinin köməkçisi Vladimir Dmitriyev qəza nəticəsində ölən və ağır xəsarət alan olmadığını bildirib. O, həmçinin LDPR liderinin qəza zamanı avtomobildə olduğunu və xəsarət almadığını açıqlayıb.
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












