Mikroavtobus "Volvo" ilə toqquşdu: 1 ağır, 11 yaralı

Rusiyanın Saratov vilayətində 13 nəfərin olduğu mikroavtobusu qəzaya uğrayıb. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident mayın 25-i Sızran-Saratov-Volqoqrad magistralının Krasnoarmeyski rayonundan keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Orenburqdan Maxaçkala istiqamətinə hərəkətdə olan mikroavtobus ötmə əməliyyatı zamanı qarşıdan gələn "Volvo" markalı yük maşını ilə toqquşub və idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə 11 nəfər xəsarət alıb.
Səhiyyə nazirliyinin Volqaqrad əyaləti şöbəsindən bildirilib ki, Kamışina xəstəxanasında 10 yaralı və 1 nəfər ağır vəziyyətdə reanimasiyadadır.
İlkin məlumata görə, xəsarət alanların hamısı Dağıstan vətəndaşıdır. Mikroavtobusun və yük maşınının sürücüsü isə yara almayıblar.
Mikroavtobusun sürücüsü deyib ki, o sərnişinləri xəstəxanaya aparırmış.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Namiq
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO












