Mikroavtobus yük maşını ilə toqquşdu: bir ailənin 11 üzvü həlak olub
Qəzalar
10 Mart 2019 08:46
Oxunub 1011

Qəzanın səbəbi hələ ki, məlum deyil
Meksikanın Quanaxuato ştatında mikroavtobus yük maşını ilə toqquşub.
Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, toqquşma nəticəsində mikroavtobusda olan bir ailənin 11 üzvü həlak olub. Bildirilir ki, onlardan 10-u hadisə yerində, 1-i isə daha sonra xəstəxanada həlak olub.
Qeyd edilir ki, qəza La-yedad və Penxamo şəhərləri arasındakı avtomobil yolunda baş verib. Qəzanın səbəbi hələ ki, məlum deyil.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













