Mingəçevirdə AĞIR QƏZA: 6 nəfər yaralandı - YENİLƏNİB

Mingəçevirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, martın 23-də saat 23:00-da baş verən qəza ilə əlaqədar altı nəfər (üç kişi, üç qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən beş nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda bir nəfərin (qadın) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda bildirilib./oxu.az
***09:24
Mingəçevirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
Hadisə martın 23-də saat 23-də Mingəçevir şəhərində 1992-ci il təvəllüdlü Nurlan Çingiz oğlu Fərəcovun idarə etdiyi 99-RG-640 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə 1988-ci il təvəllüdlü Ruhani İkram oğlu Cəfərovun idarə etdiyi 77-BD-802 dövlət nömrə nişanlı "Opel" markalı avtomobilin toqquşması nəticəsində baş verib.
Hadisə nəticəsində "Opel"in sürücüsüz R.Cəfərov, sərnişinləri - 1989-cu il təvəllüdlü Rəvanə Həmid qızı Cəfərova, 1966-cı il təvəllüdlü Təranə Vəkil qızı Mütəllimova və 1950-ci il təvəllüdlü Sevil Hüseyn qızı Əsədova xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar.
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır./oxu.az
***09:00
Mingəçevirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər yaralanıb.
Avtosfer.az "Telegraf"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, Sənaye Parkı yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, biri "Opel" markalı olmaqla iki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan altı nəfər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












