Mingəçevirdə piyadanı maşın vurub
Qəzalar
4 Fevral 2019 07:08
Oxunub 872

Faktla bağlı araşdırma aparılır
Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, teatr meydanının yaxınlığında "VAZ-2107” markalı avtomobil yolu keçmək istəyən 1968-ci il təvəllüdlü şəhər sakini Pənahov Ramiz Məmməd oğlunu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya aparılıb. Onun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













