Minik avtomobili yük maşını ilə toqquşdu: xəsarət alanlar var - FOTO

Yevlaxda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, qəza zamanı “VAZ 2106” markalı avtomobildə olan 5 nəfər xəstəxanaya aparılıb. Onlardan biri sadəcə, qəza zamanı stress keçirdiyi üçün tibbi yardıma ehtiyac olmayıb. Xəsarət alanlar Oğuz sakinləri 1965-ci il təvəllüdlü Məhərrəmova Bağdagül Murad qızı, onun oğlu 1995-ci il təvəllüdlü Məhərrəmov Allahverdi Alışan oğlu və gəlini 1999-cu il təvəllüdlü Məhərrəmova Maşxal Həsən qızı və onların qohumu 1978-ci il təvəllüdlü Xusanova Zöhrə Mustaf qızıdır. Özbəkistanda yaşayan Z. Xusanova ailəyə qonaq gəlibmiş. Qəzada xəsarət alanlardan 3-nün durumu orta-ağırdır.
*** saat 15.11
Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub, yaralananlar var. Hadisə az öncə rayonun Hacıselli kəndi yaxınlığında baş verib. “Kamaz” markalı yük maşını “VAZ2106” markalı minik avtomobili ilə ilə toqquşub. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.




Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO












