Naxçıvan-Şahbuz yolunda ağır yol qəzası - 1 ölü, 2 yaralı - FOTO

Naxçıvan-Şahbuz magistral yolunda baş verən qəzada xəsarət alan qadınlardan biri ölüb. Avtosfer.az xəbər verir ki, bu gün magistral yolun Babək rayonu Uzunoba kəndi ərazisində keçən hissəsində baş verən qəzada xəsarət alan Naxçıvan şəhər sakini, 1967-ci il təvəllüdlü Əsgərova Nəzakət Əli qızı xəstəxanada vəfat edib. Qəza zamanı xəsarət alan digər iki qadının isə xəstəxananın travmatologiya şöbəsində müalicələri davam edir. Faktla bağlı araşdırma aparılır.
***
Naxçıvan-Şahbuz magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə yolun Babək rayonu Uzunoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 75-BD-090 dövlət nömrə nişanlı, "VAZ 2103" markalı avtomobillə 67-BH-202 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub. Qəzada 3 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.




Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO












