Naxçıvanda 34 il əvvəl baş vermiş qəzanın detalları - FOTO

Bu gün milli aviadaşıyıcımız AZAL-ın 34 yaşı tamam olur. Lakin Azərbaycanda aviasiyanın tarixi dava əvvələ gedib çıxır.
Yaşı yüzü ötmüş aviasiyamızın tarixində sevincli anlar olsa da, xoşagəlməz hallar da az olmayıb. Ölkəmizdə AZAL-ın iştirakı olmadan çox sayda qəza baş verib.
Elə AZAL-ın təsis edildiyi 1992-ci ildə Naxçıvanda baş vermiş hərbi təyyarə qəzasından çox adamın xəbəri yoxdur. Səbəb də məlumdur: informasiya qıtlığı, əlaqələrin azlığı və s. Avtosfer.az 14 iyul 1992-ci ildə Naxçıvanda baş verən qəzanın təfərrüatını təqdim edir.
Sovet ordusu müstəqilliyin heç bir ili tamam olmayan Azərbaycanı tədricən tərk edirdi. Proses digər keçmiş sovet respublikalarına nisbətdə dinc keçirdi. Başqa ölkələrdə olduğu kimi hərbçilərin ailələrinə hücumlar baş vermirdi. Lakin təxliyə zamanı kifayət qədər qəza baş verdi ki, bu da tələsgənlikdən və texniki səbəblərdən baş verirdi.
Strateji mövqeyinə görə Naxçıvan Muxtar Respublikasında sovet ordusunun böyük hərbi kontingenti vardı. Hərbçi ailələrinin çıxarılması aviasiya ilə həyata keçirilirdi. Səbəb Ermənistan ərazisindən keçən dəmir yol xəttindən istifadənin qeyri-mümkünlüyü idi. Beləliklə, isti iyul günlərinin birində Rusiyanın Şimali Qafqaz hərbi dairəsinə məxsus An-12 təyyarəsi hərbçilərin ailələrini daşımaq üçün Naxçıvana gəlir.
Təhqiqat sənədlərinə görə, 27 sərnişin götürən hava gəmisi Rostova getmək üçün start xəttinə gəlir. Təyyarə hərəkətə keçir və sürət 230 km/saata çatsa da, havaya qalxa bilmir və uçuş zolağının sonundakı beton səddə çırpılaraq parçalara bölünür və alışır. 23 sərnişin və 6 heyət üzvü həlak olur. Uçuş heyətindən yalnız komandir xilas ola bilir. Sərnişinlərin isə cəmi 4 nəfəri qəzadan yüngül xəsarətlə xilas olur.
İstintaq komissiyasının sənədinə görə, qəzaya ekipajın səhvi səbəb olub. Hər 4 mühərrikin idarəetmə dəstəyi 0 vəziyyətində olub və yanacaq kəsilib.
Burada bir ziddiyyətli məqam dərhal gözə çarpır: Arxiv sənədlərində 29 nəfər öldüyü göstərilsə də, o dövrün qəzetlərində 36 nəfərin öldüyü göstərilir və hamısının adı, soyadı və vəzifələri qeyd edilir.
Təyyarəyə son anda minən Naxçıvan MR sakininin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
Vüqar
.jpg)
Gəncədə ağır qəza: Üç yaralı
“Boksol yolu”nda qarşıdan gələn maşınları vecinə almayıb qəza törətdi - VİDEO
Qaz borusuna çırpılan yük maşını yolu bağladı – FHN cəlb olundu - VİDEO
Qəzada ölən Elşən “AzərEnerji”nin əməkdaşı imiş - FOTO
Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü
İdarəetmədən çıxan “Hyundai” işıq dirəyinə çırpıldı - VİDEO
Culfada qəza: Bir ölü, səkkiz yaralı - FOTO
"Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO
Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO












