Nazir qəzaya uğrayan C-130 hərbi yük təyyarəsindən danışdı

Milli Müdafiə Naziri Yaşar Güler Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı açıqlama verib.
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gülerin sözlərinə görə, C-130 tipli hərbi yük təyyarəsi qəzaya uğraması gözlənilməz hadisədir:
"Bu təyyarələri 1957-ci ildən istifadə etməyə başlamışıq. Bu günə qədər heç bir qəza olmayıb. Dünyada 70 ölkə C-130-lardan istifadə edir. Təyyarələr 3 mərhələli baxımdan keçir və hər 69 aydan bir tam texniki baxışa salınır".
Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Təyyarədə olan 20 nəfərin hamısı həlak olub. Onların nəşi tapılıb və Türkiyəyə göndərilib./unikal
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO












