Neftçalada avtomobil aşdı: 2 yaralı
Qəzalar
28 İyun 2019 07:26
Oxunub 1103

Faktla bağlı araşdırma aparılır
Neftçalada baş verən avtoqəzada sürücü və sərnişin xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saatlarında Neftçala rayonunun Kürqarabucaq kəndi ərazisində qeydə alınıb. “Chevrolet” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində Neftçala sakinləri, 1986-cı il təvəllüdlü Zeynalov Pərviz Natiq oğlu və 1988-ci il təvəllüdlü Musayev Mirqüdrət Mirnağı oğlu müxtəlif dərəcəli xəsarətlərlə Neftçala rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













