Nizamidə zəncirvari qəza: Nişanı gözardı edən sürücü 3 maşına ziyan vurdu - REAL VİDEO

Paytaxtın Nizami rayonu, Özbəkistan və Tofiq Abbasov küçələrinin kəsişməsində baş verən zəncirvari yol-nəqliyyat hadisəsi avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, “Changan” markalı avtomobil əvvəlcə “Toyota Aqua”, daha sonra isə qarşı istiqamətdən gələn digər “Toyota” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Görüntülərdən məlum olur ki, “Changan”ın sürücüsü yolayrıcındakı “STOP” nişanının tələbini pozaraq hərəkəti davam etdirib. Bu zaman sağ tərəfdən gələn avtomobil ona çırpılıb. Zərbənin təsirindən maşın əks istiqamətdə olan digər avtomobilə dəyib və nəticədə zəncirvari qəza baş verib.
Qeyd edək ki, hadisənin baş verdiyi yolayrıcı işıqforla tənzimlənmir. Bu səbəbdən həmin ərazidə hərəkət edən sürücülər yol nişanlarının tələblərinə xüsusilə diqqətlə yanaşmalıdır. Belə yolayrıclarında bir neçə saniyəlik tələskənlik həm qarşıdan gələn sürücülər, həm də yolun digər iştirakçıları üçün ciddi təhlükəyə çevrilə bilər.
Nərmin
Babək prospektindəki qəzanın ANBAAN VİDEOSU
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












