Banner

Novxanıda maşın aşdı: Xəsarət alan var - VİDEO - YENİLƏNİB

Qəzalar 7 Noyabr 2026 21:00
Novxanıda maşın aşdı: Xəsarət alan var - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bu gün saat 12:20-də Bakı şəhəri, Novxanı qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb. 

Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə Namiq Nuru oğlu Babayevin idarə etdiyi, 77-TC-498 dövlət qeydiyyat nişanlı "KIA Rio" markalı avtomobillə yolda dönmə manevri edən zaman 77-HP-162 dövlət nömrə nişanlı "Lada Granta" markalı avtomobilin sürücüsünün ara məsafəsini düzgün seçməməsi nəticəsində baş verib. 

Qəza nəticəsində "Lada Granta" markalı avtomobilin sürücüsü Qabil Qabil oğlu Xudiyev və sərnişin Zamin Əli oğlu Hüseynli xəsarət alıb.

***16:45
Abşeron rayonunun Novxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 77-HP-162 dövlət nömrə nişanlı "KIA Rio" markalı avtomobil aşıb.

İlkin məlumata görə, sürücü xəsarət alıb.

bax.tvhttps://bax.tv/embed/228606.html

 

 

Oxunub : 406
ŞƏRH YAZ
Ad

E-mail

Şərh