Oğuzda baş vermiş avtoqəzada 2 nəfər xəsarət alıb

Oğuzda yük maşını ilə minik avtomobili toqquşub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.
“Mercedes” markalı minik avtomobili ilə “Hyundai” markalı yük avtomobilinin toqquşduğu qəza zamanı yük maşınının sürücüsü xəsarət almasa da, minik avtomobilinin sürücüsü - Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Baba Əli oğlu Həsənov və həyat yoldaşı, 1970-ci il təvəllüdlü Sitarə Əvəz qızı Məmmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılar xəstəxanada göstərilmiş ilkin tibbi yardımdan sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Faktla bağlı Baş DYP İdarəsinin İstintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO












