Oğuzda motosiklet qəzası baş verib

Oğuzda baş verən yol qəzasında motosikletçi ağır xəsarət alıb. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, hadisə bu gün rayonun Qumlax kəndi ərazisində baş verib.
Qumlax kənd sakini, 1995-ci il təvəllüdlü Toğrul Azər oğlu İsmayılov idarə etdiyi qoşqulu motosikletlə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən nəqliyyat vasitəsini yolun kənarındakı hasara və qaz xəttinə vurub. Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan T.İsmayılov Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Tibb müəssisəsindən ONA-ya bildirilib ki, T.İsmayılova xəstəxanada ilkin yardım göstərildikdən sonra vəziyyətini nəzərə alaraq müayinə və müalicəsini davam etdirmək üçün Mingəçevir şəhər xəstəxanasına göndərilib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












