Ötmə qaydasını pozan sürücü qəza törətdi; sərnişin ÖLDÜ - VİDEO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Biləsuvarda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
BDYPİ-dən Avtosfer.az-a verilən xəbərə görə, ötən gün, saat 19:00 radələrində Bəhramtəpə-Biləsuvar yolunun Qızılkənd kəndinin ərazisindən keçən 54-cü kilometrində İmişli rayon sakini Elvin Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində xəsarət alan sərnişin - sürücünün həmyerlisi 30 yaşlı Elnur Rüstəmov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücü E.Məhərrəmovun vəziyyəti isə orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə hadisənin baş verməsinə səbəb yüksək sürət və sürücünün ötmə əməliyyatını yerinə yetirərkən qaydalara riayət etməməsi göstərilir.
Baş Dövlət Yol Polisi İdarəsi sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları diqqət çəkdiyimiz faciəli hadisədən düzgün nəticə çıxarmağa, əməl etməyə borclu olduğumuz yol hərəkəti qaydalarına biganə yanaşmamağa, sükan arxasında məsuliyyətsizliyin hər an həyatımıza iztirab və peşmanlıq gətirə biləcəyini unutmamağa çağırır.
“Mercedes” “KamAz”a çırpıldı - Yaralılar var - FOTO - YENİLƏNİB
Gəncədə qəza: “Mercedes” və “Chevrolet” toqquşdu - VİDEO
Yolda şou göstərən sürücü qəza törədib qaçdı; bir nəfər öldü - ANBAAN VİDEO
Prospektdə velokuryer “Mercedes”ə çırpılıb yerə sərildi - REAL VİDEO
Bakıda iki maşın TOQQUŞDU - Yoldan keçən PİYADA ÖLDÜ
Bakıda nasaz avtomobil zəncirvari qəzaya səbəb oldu: Yaralılar var - FOTO
Bu rayonda AĞIR QƏZA: Həyatını itirənlər var - YENİLƏNİB
66 yaşlı qadını maşın vurub ÖLDÜRDÜ
Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTOLAR
Nasaz avtomobil sürücünün həyatına son qoydu – DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Gəncə-Samux yolunda AĞIR QƏZA: Maşın 2 yerə bölündü - FOTOLAR












