Paytaxtda 3 nəfərin öldüyü, 8 nəfərin isə yaralandığı dəhşətli hadisə yerindən - VİDEO

İki gün əvvəl paytaxtın Xəzər rayonunda ağır-yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 3 nəfər dünyasını dəyişib, 8 nəfər isə xəsarət alıb. Məlumata görə, hadisə Qala-Türkan yolunda qeydə alınıb. Sürətlə hərəkətdə olan minik avtomobilinin sürücüsü sükana nəzarəti itirib. Nəticədə avtomobil hərəkətdə olan digər nəqliyyat vasitəsinə çırpılıb.
Zərbənin təsirindən avtomobillər deformasiyaya uğrayıb. Qəza zamanı 63 yaşlı Qurban Əliyev, 13 yaşlı Amilə Lütfəlizadə və onun bacısı 16 yaşlı Zarina Lütfəlizadə həyatlarını itirib.
Hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspetiziya və Potoloji Anatomiya Birliyinə gönfdərilib.
Əldə olunan məlumata görə, hadisəyə taksi fəaliyyəti ilə məşğul olan avtomobilin sürücüsü səbəb olub. O istintaqa ifadəsində həmin gün səhər saatlarından başlayaraq fasiləsiz taksi fəaliyyəti ilə məşğul olduğundan yorulduğunu və sükan arxasında yuxulayaraq qarşı hərəkət zolağına çıxdığını bildirib.
Daha ətraflı süjetdə:
Sumqayıtın girişində hadisə; sürücülərin prinsipi qəzaya səbəb oldu - VİDEO
Yuxulayaraq qəza törədən sürücünün ETİRAFLARI - VİDEO
Siyəzəndə qəza: Toqquşan yük maşınları yol kənarına düşdü - VİDEO
Abşerondakı ağır QƏZANIN TƏFƏRRÜATI - VİDEO - YENİLƏNİB
Bakı-Ələt yolunda “Mercedes” və “Toyota” toqquşdu - VİDEO
Beyləqanda AĞIR QƏZA: Avtomobil beton maneəyə çırpıldı
Sükan arxasında yuxulayan sürücü dəhşətli qəzaya düşdü – VİDEO
Şəmkirdə idarəetmədən çıxan maşın beton arakəsməyə çırpıldı - VİDEO
Bakıda qəza: Avtobus 3 maşını əzib SOCAR-ın binasına çırpıldı - VİDEO - YENİLƏNİB
Ağır QƏZA: SÜRÜCÜ ÖLDÜ - FOTO - YENİLƏNİB
İsmayıllıda qəzada həlak olan iş adamının FOTOsu










