Paytaxtda iki avtomobil toqquşdu: Xəsarət alan var - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, sözügedən şəxs ambulator müalicə üçün evə buraxılıb:
"Avqustun 24-ü saat 13:00-da Binəqədi rayonu, Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər (kişi cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
1967-ci il təvəllüdlü şəxsə müxtəlif nahiyələrin sıyrılmış yaraları diaqnozu təyin olunub. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb".
***14:36
Bakı şəhəri, Binəqədi rayonunda iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində, Qələbə dairəsi istiqamətindəki körpünün çıxışında qeydə alınıb.
Sözügedən qəzada "Mercedes Benz" markalı avtomobil qarşıda hərəkətdə olan "Kia Rio" markalı nəqliyyat vasitəsilə toqquşub.
Hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.
Bir nəfərin xəsarət aldığı bildirilir.
Görüntüləri təqdim edirik:
Bakıda “Toyota” divara çırpılıb aşdı - VİDEO
Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - FOTO
Bərdədə ağır qəzada həlak olan iki dostun FOTOsu
Bakıda bir-birinə yol verməyən avtomobillər TOQQUŞDU - VİDEO
Güzgüyə baxmadan manevr edən sürücü qəzaya səbəb oldu - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda YAYINDI - VİDEO
Astarada toqquşan maşınlar arxa düşdü, qadın sərnişin yaralandı - VİDEO
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO












