Pilləkəndən düşən maşını yoldan keçən qadın çiyni ilə çıxardı – BAKIDA – VİDEO

Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonu, Abay Kunanbayev küçəsində (Telefon qovşağının arxasında) yerləşən yaşayış kompleksinin yaxınlığında növbəti yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, iyunun 30-da günorta saatlarında yaşayış kompleksinin həyətindən çıxan “Toyota Prius” markalı avtomobil pilləkəndən aşağı düşüb.
Bununla yanaşı, iyulun 1-də səhər saatlarında da həmin ərazidə oxşar hadisə qeydə alınıb. Belə ki, 99-QD-175 dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobil də eyni şəkildə pilləkəndən aşağı düşüb.
Sakinlərin sözlərinə görə, bu ərazidə tez-tez belə qəzalar baş verir. Onlar oxşar hadisələrin qarşısının alınması üçün aidiyyəti qurumlardan pilləkənin yaxınlığında, təxminən beş metr məsafədə qoruyucu tumbaların quraşdırılmasını xahiş edirlər.
Dünən baş vermiş hadisə ilə bağlı yeni və olduqca maraqlı görüntülər ortaya çıxıb. Kadrlardan görünür ki, qəzadan sonra hadisə yerinə toplaşan vətəndaşlar avtomobili düşdüyü yerdən çıxarmağa çalışsalar da, buna nail ola bilməyiblər. Avtomobil sahibi hətta evakuator çağırmaq istəyib kömək üçün.
Məhz bu zaman hadisə yerində olan qadınlardan biri avtomobilə yaxınlaşaraq çiyni ilə maşını itələməyə başlayıb. Gözlənilmədən onun bu hərəkəti nəticəsində avtomobil yerindən tərpənib və çıxarılması mümkün olub. Maraqlısı isə odur ki, daha əvvəl kişilərin birlikdə çıxara bilmədiyi avtomobili qadının dəstəyi ilə asanlıqla geriyə çəkməkdə problem yaranmayıb. Qadın isə heç bir xüsusi reaksiya vermədən sakit şəkildə çantasını götürərək tanışı ilə hadisə yerindən uzaqlaşıb.
Bu anlar ətrafdakı şəxslərin təəccübünə səbəb olub. Hadisəni izləyənlər qadını alqışlayaraq onun cəsarətini və çevik davranışını yüksək qiymətləndiriblər.
Qeyd edək ki, sakinlər həmin ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacib olduğunu bildirirlər. Onların fikrincə, qoruyucu maneələr quraşdırılmasa, gələcəkdə daha ciddi nəticələrə səbəb ola biləcək qəzaların baş verməsi istisna deyil.
Eltac Zülfüqaroğlu
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB












