Pirşağıda ağır yol qəzası: 2 nəfər xəsarət alıb

Bakının Sabunçu rayonunda baş verən ağır qəzası zamanı 2 nəfər yaralanıb. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, hadisə Pirşağı qəsəbəsində baş verib. 1992-ci il təvəllüdlü Dadaşov Murtuzağa Hüseynağa oğlu rayon ərazisində "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə səkiyə, daha sonra yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü və 23 yaşlı sərnişin Məmmədov Rövşən Arif oğlu xəsarət alıb. Yaralılar dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. M.Dadaşova dizin əziyi, R.Məmmədova isə alın nahiyəsinin kəsilmiş-sıyrılmış yarası diaqnozu qoyulub. M.Dadaşova ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO












