Prospektdə velokuryer “Mercedes”ə çırpılıb yerə sərildi - REAL VİDEO

Paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində baş vermiş yol-nəqliyyat hadisəsi anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 19-da saat 14:10 radələrində qeydə alınıb.
Görüntülərdən aydın olur ki, ən sağ zolaqla hərəkət edən “Wolt” çatdırılma şirkətinin kuryeri maşını yolun kənarında park etmək üçün sağa manevr edən “Mercedes” markalı avtomobillə toqquşub. Velosipedçinin qəzadan son anda yayınmağa çalışsa da, buna nail ola bilməyib. Nəticədə o, avtomobilə çırpılaraq yerə yıxılıb.
Qeyd edək ki, sürücülər sağa və ya sola manevr etməzdən əvvəl hərəkət istiqamətindəki digər nəqliyyat vasitələrinin, o cümlədən velosipedçilərin hərəkətinə maneə yaratmadıqlarına əmin olmalıdırlar. Velosipedçilər də yolda baş verən dəyişikliklərə vaxtında reaksiya verməli, baş verəcək toqquşmaların qarşısını almaq üçün diqqətli olmalıdırlar.
Nərmin
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












