Prospektdə zolağı kor-koranə dəyişən sürücü "Chevrolet"i vurdu - REAL VİDEO

Paytaxtın Yasamal rayonunda qayda pozan sürücü qəza törədib.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 26-da saat 07:53 radələrində Nəriman Nərimanov prospektində qeydə alınıb.
Kadrlardan aydın görünür ki, “KIA” markalı avtomobil ən sol zolaqda hərəkətdə olarkən qəfil üçüncü zolağa keçib. Lakin o, həmin zolaqda hərəkətdə olan maşına diqqət yetirmədən manevr etdiyi üçün qəza qaçılmaz olub. Belə ki, sürücü “Chevrolet” markalı avtomobili vurub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Hadisə bir daha göstərir ki, zolaq dəyişməzdən əvvəl sürücü güzgülərdən istifadə etməli, kor zonanı nəzərə almalı və hərəkətin təhlükəsizliyinə tam əmin olduqdan sonra manevr etməlidir. Qanunvericiliyə əsasən, istiqaməti dəyişən sürücü digər hərəkət iştirakçılarına üstünlük verməlidir.
Nərmin
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












