Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yük maşınının aşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Laçın rayonunun Kamallı kəndində daimi qeydiyyatda olan, müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsində məskunlaşmış, 1985-ci il təvəllüdlü Xudayar Əhliman oğlu Səmədov "Mersedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə İmişli rayonu ərazisindəki mal bazarından Bakı şəhərinə gəlirmiş.
O, Bakı-Ələt yolunda idarəetməni itirərək yük maşınını aşırıb.
Avtoqəza nəticəsində sürücü Xudayar Səmədov və sərnişinləri - Laçın rayonunun Kamallı kənd sakinləri, müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Qarabağ küçəsində məskunlaşan, 1972-ci il təvəllüdlü İzahat Mətləbxan oğlu Məmiyev, Xətai rayonu, Mirzə Davud küçəsində məskunlaşmış, 1978-ci il təvəllüdlü Rahib Muradxan oğlu İsfəndiyarov və Laçın rayonunun Qarakeçdi kənd sakini, müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Neftçilər parkı adlanan ərazidə məskunlaşmış,1981-ci il təvəllüdlü Vüqar Telman oğlu Hüseynov hadisə yerində ölüblər.

Hadisə nəticəsində xəsarət alan digər sərnişin, Laçın rayonunun Qarakeçdi kənd sakini, müvəqqəti olaraq Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə məskunlaşmış,1984-cü il təvəllüdlü Alyoşa Vəzir oğlu Bəşirov ağır xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, vəziyyəti ağırdır.
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












