Qaradağda zəncirvari qəza: 4 maşın bir-birinə girdi - VİDEO

Qaradağ rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qəza oktyabrın 20-də saat 07:45 radələrində Bakı–Qazax–Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən 45-ci kilometrliyində qeydə alınıb.
Belə ki, E.Şabanovun idarə etdiyi 77-MR-517 dövlət qeydiyyat nişanlı “Hyundai Santa-Fe” markalı avtomobil Qazax istiqamətində hərəkətdə olarkən qarşısında dayanmış Ə.İmanovun idarə etdiyi 88-BN-990 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilə çırpılıb.
Zərbənin təsirindən Ə.İmanovun idarə etdiyi avtomobil qarşıda dayanmış Ə.Məmmədovun idarə etdiyi 57-CM-249 dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobillə, daha sonra isə E.Bağırovun idarə etdiyi 99-XA-656 dövlət qeydiyyat nişanlı “DAF” markalı yük maşını ilə toqquşub.
Hadisə nəticəsində “Hyundai”ın sürücüsü Ə.İmanov yüngül xəsarət alıb, nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Hadisə yerinə yol-patrul xidməti əməkdaşları cəlb olunub. Hazırda qəza baş verən ərazidə nəqliyyat vasitələrinin sərbəst və təhlükəsiz hərəkəti təmin edilib.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO
Yağışlı havada daha bir DƏHŞƏTLİ QƏZA - VİDEO
Mərdəkan şossesində AĞIR QƏZA: Sıxlıq yarandı - FOTO
Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın ÖLDÜ
Bakıda bir neçə avtomobil toqquşdu - VİDEO
Sürücünün halı pisləşdi: Avtobus ağaca çırpıldı - VİDEO
Ağır QƏZA: Piyadanı vurub ÖLDÜRDÜ
Qaxda sərnişin mikroavtobusu dərəyə aşdı - VİDEO
Böyükşor yolunda ağır qəza - VİDEO












