Qaxda AĞIR QƏZA: ÖLƏN VAR - FOTO - VİDEO - YENİLƏNİB

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib.
Avtosfer.az xəbər verir ki, qəza zamanı xəsarət alan Gülnarə Cəfərova Qax Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.
***21:45
Qax rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 06:30 radələrində Qax-Qorağan yolunun 12-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Qax sakini, 34 yaşlı Təbriz Məmmədovun idarə etdiyi "Ford" markalı, 99-EB-801 dövlət qeydiyyat nişanlı yük avtomobili Şəkinin Baltalı kənd sakini, 38 yaşlı Arzuman Musayevin idarə etdiyi VAZ-21099 markalı, 09-BS-920 dövlət qeydiyyat nişanlı minik avtomobilinə çırpılıb.
Qəza nəticəsində VAZ-21099-da olan sərnişinlər - Gülnarə Cəfərova, 33 yaşlı Nüşabə Cəfərova və 58 yaşlı Qəzənfər Həşimov xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
***09:24
Qaxda iki minik avtomobili toqquşub.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar - Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. onlardan G.Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO













