Qaxda ağır yol qəzası baş verib, xəsarət alanlar var - ADLAR - FOTO

Qaxda zəncirvari yol qəzası baş verib, 5 nəfər xəsarət alıb. Avtosfer.az-ın xəbərinə görə, hadisə saat 11 radələrində Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan "Honda", "Hyundai" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır və kimlikləri dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
***
Qaxda baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi bəlli olub. Məlumata görə, 3 avtomobilin toqquşması nəticəsində “VAZ-2106”nın sürücüsü, 44 yaşlı Eşqin İsmayılov, sərnişinləri - 43 yaşlı Gülər İsmayılova, 20 yaşlı Qalib İsmayılov, eləcə də “Honda”da olan sərnişin, 30 yaşlı Ayşən Əliyeva xəsarət alıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb
Moped və velosiped sürən iki gənc qəzada ÖLDÜ - VİDEO
Tovuzda avtomobil AŞDI: Xəsarət alan var - FOTO
Piyadanı maşın vurdu, iş məhkəməyə düşdü - Bu dəfə sürücüyə cəza verilmədi
Bakı-Qazax yolunda "Lexus" "KamAZ"a çırpıldı - VİDEO
Bakıda “BYD” ilə toqquşan “Hyundai” səkiyə dırmaşdı - VİDEO















