Qaxda yük maşını ilə mikroavtobus toqquşdu: ölən və yaralanan var

Qaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, hadisə martın 8-i gecə saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Qax rayonu Qıpçaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Balakəndən Bakı istiqamətində hərəkətdə olan Balakən rayonu Talalar kənd sakini, 1977-ci il təvəllüdlü Səməd İslam oğlu Qurbanovun idarə etdiyi 99-EB-033 dovlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobili ilə Yevlaxdan Balakən istiqamətində hərəkətdə olan 34-BD-566 dövlət qeydiyyat nişanlı "Qazel" markalı mikroavtobus toqquşub.
Qəza nəticəsində bir nəfər şəxsiyyəti hələlik dəqiqləşməyən Balakən rayon sakini hadisə yerində ölüb. Daha bir Balakən rayon sakini, 27 yaşlı Nail Kamil oğlu Xanlayev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO












