Qayda pozub qəza törədənlərin görüntüləri yayıldı - DİN-dən VİDEO

"Yol hərəkətinin təhlükəsizliyi təkcə qaydalara riayət etməklə deyil, bütün hərəkət iştirakçılarının qarşılıqlı məsuliyyət hissi ilə təmin olunur. Qaydalara əməl edən, keçidi gözləyən, yolun kənarında dayanan və düzgün davranış nümayiş etdirən piyadalar belə bəzən başqalarının diqqətsizliyinin təsiri ilə risklə üzləşə bilirlər".
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətində bildirilib.
Müraciətdə qeyd olunur ki, nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmə və ya yola kifayət qədər nəzarət etməmə nəticəsində baş verən qəzalar çox vaxt ağır nəticələrə gətirib çıxarır:
"Belə hallarda piyadanın təhlükədən yayınması adətən mümkün olmur. Yalnız nadir məqamlarda çevik reaksiya və saniyələr içində verilən düzgün qərar insanın özünü qorumasına imkan yaradır.
Sürücüləri daha diqqətli və məsuliyyətli olmağa, piyadaları qaydalara uyğun hərəkət etməyə çağırırıq.
Unutmayaq ki, yollarda təhlükəsizlik hər birimizin düşünülmüş və doğru qərarlarından başlayır".
Bakıda piyadalar dəhşətli qəzanın qurbanı olmaqdan son anda xilas olmasının görüntülərini təqdim edirik:
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












