Qazaxda avtomobil dərəyə aşıb, ölənlər var - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi (FHN) Qazax rayonunun Ağköynək kəndində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Qazax rayonunun Ağköynək kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Kia” markalı minik avtomobili yol kənarına aşıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti zədələnmiş avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
08:23
Qazax rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un məlumatına görə, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb.
"KİA" markalı minik avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Ağköynək kənd sakinləri, 1982-ci il təvəllüdlü Qaragözov Kamil İsrail oğlu və 1981-ci il təvəllüdlü Vəliyev Rəşad Musa oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.
Onların meyitləri əzilmiş avtomobildən Fövqəlаdə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO












