Qazaxda qadını avtomobil vurub
Qəzalar
26 Mart 2019 09:46
Oxunub 1024

Faktla bağlı araşdırma aparılır
Qazax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Qazax şəhərinin Heydər Əliyev prospektində yolu qarşı tərəfə keçmək istəyən qadını avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













