Qətərdə helikopter qəzaya uğrayıb: 6 nəfər həlak olub

Qətər Daxili İşlər Nazirliyi ölkə ərazisində baş vermiş helikopter qəzası nəticəsində 6 nəfərin həlak olduğunu, bir nəfərin isə itkin düşdüyünü bildirib.
Avtosfer.az xəbər verir ki, nazirliyin rəsmi "X" hesabında paylaşılan məlumatda axtarış-xilasetmə əməliyyatlarının ölkənin ərazi sularında davam etdiyi qeyd olunub.
Məlumata görə, xüsusi təyinatlı qruplar helikopterin göyərtəsində olan 7 nəfərdən 6-nın meyitini aşkar ediblər. Hazırda ixtisaslaşmış briqadalar itkin düşən sonuncu şəxsin tapılması üçün intensiv səylərini davam etdirir. Daxili İşlər Nazirliyi faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qətər Müdafiə Nazirliyindən isə bildirilib ki, helikopterin qəzaya uğramasına səbəb texniki nasazlıq olub. Hazırda hadisənin təfərrüatları və texniki nasazlığın konkret səbəbləri ilə bağlı genişmiqyaslı araşdırma aparılır.
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO












